IQNA

Bu gün Qurana ciddi yanaşaq və ona var gücümüzlə əməl edək: "Xuzil-kitabə biquvvətin"- («خُذِ الْكِتابَ بِقُوَّةٍ»/) / Niyə Qədr gecələrində Quranın təfsirinə yer ayrılmamışdır?

23:54 - June 19, 2013
Xəbər sayı: 2549788
İctimai qrup: "Namazın İcrası İdarəsi"nin rəisi və Quran təfsirçisi Höccətül-İslam Möhsin Qiraəti Mübarək Ramazan ayının yaxınlaşması münasibətilə özünün "Qəm Fəryadı" adlandırdığı açıq məktub yayaraq Qurani-Kərimin unudulması, insanların fərdi və ictimai həyatından uzaqlaşdırılmasına işarə edərək Bu Müqəddəs Kitaba daha çox diqqət yetirilməsini vurğulayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə "Namazın İcrası İdarəsi"nin rəisi və Quran təfsirçisi Höccətül-İslam vəl-müslimin Möhsin Qiraəti Mübarək Ramazan ayı və Quran baharının yaxınlaşması münasibətilə özünün "Fəryad" adlandırdığı açıq məktub yayaraq Qurani-Kərimin unudulması, insanların fərdi və ictimai həyatından uzaqlaşdırılmasına işarə edərək Bu Müqəddəs Kitaba daha çox diqqət yetirilməsini vurğulayıb.
Quran təfsirçisi Höccətül-İslam vəl-müslimin Möhsin Qiraəti ürəkyanğısı və Qurana qarşı qayğıkeşlik hissi ilə yazdığı bu məktubda ictimaiyyətin Quran üzrə fəalları və din təbliğçilərinə üz tutaraq yazır:
"Bismillahir-rəhmanir-rəhim.
"Qəm Fəryadı"
Əziz Quran fəalları və din təbliğçilərinə
Salamun ələykum
Hər il olduğu kimi adətim üzrə bu il də Mübarək Ramazan ayı ərəfəsində günün ən mühüm məsələsinə görə bir-neçə dəqiqə sizin qiymətli vaxtınızı alcam. Mütəəssifəm ki, Quranın işi bir yerə çatıb ki, mən məcburam bu gün bu sözləri deyim.
1. Bilirsiniz ki, Allaha şükürlər olsun ki, hər il Qədr gecələrində "Cövşən Kəbir" duası oxunur və Quranlar başa qoyulur. Amma bu gecələrdə - (ki, Quranın nazil olan gecələridir) – Quranın təfsirindən xəbər yoxdur!?
2. Bilirsiniz ki, Quranın çapına, avazına, təcvidinə, zahiri gözəlliyinə olunan diqqət və qayğı onun mətninə və mənasına (və həyatda icra olunmasına) olunmur!?

3. Bilirsiniz ki, bizə (Məsumlar (ə) tərəfindən) göstəriş verilib ki, fitnələr gecənin qaranlıqları tək üstümüzə hücum çəkəndə Qurana sığınmalıyıq!?
(فَإِذَا الْتَبَسَتْ‏ عَلَیْكُمُ الْفِتَنُ كَقِطَعِ اللَّیْلِ الْمُظْلِمِ فَعَلَیْكُمْ بِالْقُرْآنِ فَإِنَّهُ شَافِعٌ مُشَفَّع)‏
4. Bilirsiniz ki, bəziləri din siyasətdən ayrıdır bəhanəsilə Quranın yüzlərlə siyasi ayəsini görməməzliyə salırlar (və bu ayələrə qarşı kordurlar)!?
5. Bilirsiniz ki, bizim Quran öyrənənlər (şagirdlər və tələbələr) Qurandan bir vərəqi belə səhvsiz oxuya bilmirlər!?
6. Bilirsiniz ki, bəziləri bu bəhanə ilə ki, Quranı adi insanlar anlaya bilməz və bu işin öhdəsindən yalnız Məsumlar (ə) gələ bilər deyib Quranın ayələri üzərində fikirləşməkdən qorxurlar!? Halbuki hədis deyir:
«من زعم ان كتاب الله مبهم فقد هلك و اهلك؛
"Hər kəs Allah kitabının anlaşılmaz olduğunu xəyal etsə həlak olub və həlak edibdir!"
7. Bilirsiniz ki, Qiyamət günü Peyğəmbər (s) şikayət edərək deyəcək: "İlahi mənim ümmətim Quranı məhcur (küncə sıxdılar, ondan uzaqlaşdırlar, onu tək qoydular) və (ictimai və fərdi həyatlarından) təcrid etdilər!"
) وَ قالَ الرَّسُولُ يا رَبِّ إِنَّ قَوْمِی اتَّخَذُوا هذَا الْقُرْآنَ مَهْجُوراً)
Bilirsiniz bu sözün mənası nədir?
Yəni Peyğəmbər (s) bizdən qiyamət günü aşağıdakı xüsusiyyətləri olan bir məhkəmədə şikayət edəcək:
- Ən qorxulu məhkəmə = Qiyamət günü
- Ən böyük hakim = Allah-Taala
- Şikayətçi: = Allahın ən əziz adamı və yaradılışın ən ali rütbəlisi = Həzrət Məhəmməd (s) = Aləmlərə Rəhmət olan Peyğəmbər (s) = Demək günah və cinayət çox böyükdür (ki, belə bir şəxsi şikayətə vadar edib)!
- Həzrət Məhəmməd (s): "Ənə və Əliyyun əbəva hazihil-ümmət" – Mən və Əli bu ümmətin atalarıyıq! = Övladlar Atanı öz balasından şikayətə vadar edib! = Cinayətin böyüklüyü!
- Bu sözü Quran buyurur, yəni mütləq şikayət olunacaq və məhkəmə qurulacaq!
- Şikayətçidən (Peyğəmbərdən) şəfaət umuruq, halbuki o bizdən şiakyətçi və bizim əleyhimizə olacaq! - ويل لمن كان شفعاء ه خصماءه؟- Vay olsun o kəsə ki, şəfaətçisi düşmənidir!
Belə isə baxın ki, Quranla necə rəftar edirsiniz!?
8. Bilirsiniz ki, çoxları Quran oxuya bilmir!? Oxuyanların çoxu səhv oxuyur!? Bəzi düz oxuya bilərnlər də səhv oxuyurlar (əhəmiyyət vermirlər)!? Bəziləri oxuyur düşünmür və ayələrdə fikirləşmir!? Bəziləri oxuyur, amm əməl etmir!?
9. Bilirsiniz ki, bəziləri moizələrində, yazılarında, dərslərində, çıxışlarında və s... Qurana əsaslanmır və mövzusuna aid olan ayələrə əhəmiyyət vermirlər (Quran ayələrinin yerinə Qərb alimlərinin sözlərindən, şer və məsəllərdən istifadə edirlər)!?
10. Bilirsiniz ki, bəziləri Quranı yalnız evdə yaraşıq, gəlin cehizinə qoşmaq, səfərə gedəni Quran altından keçirmək, and içmək və istixarə üçün istifadə edirlər!?
11. Bilirsiniz ki, biz dərmanları istifadə etmək yerinə soyuducuda müxtəlif cür dərmanları yaraşığa düzən xəstəyə oxşayırıq!?
12. Bilirsiniz ki, bəziləri Quranın mətnin və mənasın qoyub ömrünü yalnız Quran ətrafı elmlərin – (möhkəm və mütəşabih, nasix və mənsux, təfsir tarixi, müfəssirlər tarixi, Quranın yazılması və nöqtə və vergül tarixi, təvil və s... öyrənilməsinə sərf edir!?
Bu cür elmlərə həddindən çox vaxt sərf edənlər hövzün suyuna baş vurmaq, hövzdə üzmək, sirab olmaq yerinə ətrafında qaçanlara oxşayırlar!
13. Bilirsiniz ki, bəziləri Quranın sadə mənasını və mətnin ruhunu aşılamaq yerinə müfəssirlərin "elə dedi – belə dedi"sin o qədər uzadırlar işıqlı və aydın mənalar da qaranlıqlaşır!?
14. Bilirsiniz ki, Quranı Əhli-Beytin (ə) kəlamı əsasında təfsir etməlisiniz!? Quran buyurur: «وَ ما آتاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاكُمْ عَنْهُ فَانْتَهُوا»
"Peyğəmbər əmr etdiyinə əməl edin, nəhy etdiyindən çəkinin"
«لِتُبَیِّنَ لِلنَّاسِ ما نُزِّلَ إِلَیْهِم‏؟»
Quran: "Bu kitabı sənə nazil etdik ki, camaata izah edəsən və açıqlayasan".
15. Bilirsiniz ki, bəziləri Quranı gözəl səs və avazla oxumağı özü üçün incəsənətə çevirib!?
16. Bilirsiniz ki, mətbuatda və dərsliklərdə Qurana çox az yer verilir?
17. Bilirsiniz ki, Quran maarifi və Quran hekayətləri yeniyetmələr üçün sadə dildə hazırlanmayıb!?
18. Bilirsiniz ki, insanların kitabına Allahın Kitabından daha çox önəm və dəyər verilir!?
19. Bilirsiniz ki, "Xuzil-kitabə biquvvətin"- («خُذِ الْكِتابَ بِقُوَّةٍ»/) ayəsinə heç vaxt əməl etmədik!?
20. Bilirsiniz ki, Qurana əməl etməsək biz puç sayılırıq:
«قُلْ يا أَهْلَ الْكِتابِ لَسْتُمْ عَلى‏ شَیْ‏ءٍ حَتَّى تُقيمُوا التَّوْراةَ وَ الْإِنْجيلَ وَ ما أُنْزِلَ إِلَیْكُمْ مِنْ رَبِّكُم‏»
21. Bilirsiniz ki, əgər biz Qurana əməl etsək İqtisadi vəziyyətimiz yaxşı olacaq!?
«وَ لَوْ أَنَّهُمْ أَقامُوا التَّوْراةَ وَ الْإِنْجيلَ وَ ما أُنْزِلَ إِلَیْهِمْ مِنْ رَبِّهِمْ لَأَكَلُوا مِنْ فَوْقِهِمْ وَ مِنْ تَحْتِ أَرْجُلِهِم»
22. Bilirsiniz ki, Quranın hər ayəsini oxumaq bizim imanımızı çoxaltmalıdır!?
«وَ إِذا تُلِیَتْ عَلَیْهِمْ آياتُهُ زادَتْهُمْ إيماناً»
23. Bilirsiniz ki, Quran oxuyanda mömin ürəklər titrəməlidir!?
«إِنَّمَا الْمُؤْمِنُونَ الَّذينَ إِذا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُم»‏
24. Bilirsiniz ki, Quran Allahın zikridir və ondan uzaqlaşmaq bədbəxtlik gətirir!?
«إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْر» = (وَ مَنْ أَعْرَضَ عَنْ ذِكْری فَإِنَّ لَهُ مَعيشَةً ضَنْكا)
25. Bilirsiniz ki, Qiyamət günü heç kəs şəafaət edə bilməyəndə Quran şəfaət edəcək!?
26. Quran haqqında bunları bilirsiniz:
«إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لَحافِظُون»
«كِتَابُ اللَّهِ عَزَّ وَ جَلَّ عَلَى أَرْبَعَةِ أَشْیَاءَ عَلَى الْعِبَارَةِ وَ الْإِشَارَةِ وَ اللَّطَائِفِ وَ الْحَقَائِقِ فَالْعِبَارَةُ لِلْعَوَامِّ وَ الْإِشَارَةُ لِلْخَوَاصِّ وَ اللَّطَائِفُ لِلْأَوْلِیَاءِ وَ الْحَقَائِقُ لِلْأَنْبِیَاءِ».
«لَا تُحْصَى‏ عَجَائِبُه‏» - «لَا تَفْنَى‏ عَجَائِبُهُ‏»
«كُونُوا رَبَّانِیِّينَ بِما كُنْتُمْ تُعَلِّمُونَ الْكِتابَ وَ بِما كُنْتُمْ تَدْرُسُونَ»
«شَهْرُ رَمَضانَ الَّذی أُنْزِلَ فيهِ الْقُرْآن‏»
27. Səqəleyn (Siqleyn) hədisində Quran və Əhli-Beyt (ə) həmişə bir olmalıdır buyurulur. Elə isə hər bir İmamın viladət və şəhadət günü Quran da təfsir olunmalıdır.
28. İmam Rza (ə): Namaz vacib oldu ki, Quran tək qalmasın, zay olmasın!
«عَنِ الرِّضَا ع أَنَّهُ قَالَ‏ أُمِرَ النَّاسُ بِالْقِرَاءَةِ فِی الصَّلَاةِ لِئَلَّا یَكُونَ الْقُرْآنُ مَهْجُوراً مُضَیَّعا»
Əzizlərim! Quran hər gün oxunmalı, oxudulmalı, öyrənilməli, öyrədilməli, təfsiri deyilməli və ona əməl olunmalıdır!
«خُذِ الْكِتابَ بِقُوَّةٍ»
Əgər Süleymanın Hüdhüdə əhəmiyyət verdiyi qədər mənim sözlərimə əhəmiyyət versəniz dünyanın bütün Bilqeyisləri İslamı qəbul edəcəklər!
"Vəl-Əmru iləykum"
Vəssəlam!

1245050
captcha